XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İşdən çıxarılan baş həkimə yeni vəzifə verildi
Ölkə16:19 25.08.2026

İşdən çıxarılan baş həkimə yeni vəzifə verildi

Bakıda daha bir tibb müəssisəsinə yeni baş həkim təyin olunub.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcarçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı rayonunda yerləşən 43 saylı Şəhər Poliklinikasının baş həkimi Ramella Quliyeva vəzifəsindən azad olunub və təqaüdə göndərilib.

Digər əmrlə, Naibə Əzizova adıçəkilən tibb müəssisəsinin baş həkimi təyin olunub.

Qeyd edək ki, o, əvvəllər Zığ Sağlamlıq Mərkəzinin baş həkimi işləyib. N.Əzizova bir müddət əvvəl tutduğu postdan azad olunmuşdu.