Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)
Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunu kol-kos basıb, tribunalar dağılıb, bir sözlə, stadiondan əsər-əlamət qalmayıb.
Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, stadion uzun müddətdir baxımsız haldadır.
Bir müddət əvvəl təmir olunacağı deyilsə də, hazırda heç bir iş aparılmır.
Yaxınlıqda yaşayan sakinlər də bu haldan narazıdırlar. Çünki stadionda həm uşaqlar, həm də böyüklər idmanla məşğul olurdu. Sakinlər insanların istirahət məkanı olan stadionun təmirini arzulayırlar.
Yasamal Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı müraciəti cavablandırmayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər