Xəbər lenti

Yelloustoun supervulkanının püskürməsi müasir sivilizasiyanı məhv edəcək?
Dünya 00:46 05.08.2026

Yelloustoun supervulkanının püskürməsi müasir sivilizasiyanı məhv edəcək?

ABŞ-ın "Climate Central" iqlim mərkəzinin vitse-prezidenti, iqlimşünas Kristina Dal hesab edir ki, Yelloustoun supervulkanının mümkün püskürməsi müasir sivilizasiyanın məhvinə səbəb olmayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.

Alimin sözlərinə görə, indiyədək baş vermiş iri vulkan püskürmələrinin sivilizasiyanın mövcudluğunu təhlükə altına qoyduğunu göstərən elmi sübutlar yoxdur.

Kristina Dal qeyd edib ki, Yelloustoun supervulkanı püskürərsə, bunun nəticəsində qlobal temperaturda müvəqqəti azalma baş verə bilər. Onun sözlərinə görə, bu soyuma müəyyən dərəcədə insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə ilə kompensasiya oluna bilər.

İqlimşünas əlavə edib ki, belə hadisə kənd təsərrüfatına da mənfi təsir göstərə bilər.

Dal vurğulayıb ki, mövcud elmi məlumatlar supervulkan püskürməsinin ciddi iqlim və iqtisadi nəticələr doğura biləcəyini göstərsə də, müasir sivilizasiyanın məhv olacağına dair əsas vermir.

Xatırladaq ki, iyulun 24-də ABŞ-ın Yelloustoun Milli Parkında güclü qeyzer püskürməsi baş verib. Hadisə nəticəsində ətrafa iri daş parçaları səpələnib və piyada cığırına ziyan dəyib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->