Xəbər lenti

Naxçıvanın büdcə gəlirləri artırılır, dotasiya azalır
Ölkə 12:25 09.06.2026

Naxçıvanın büdcə gəlirləri artırılır, dotasiya azalır

Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün büdcə gəlirləri 450,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb.

Qaynarinfo xəbər verir ki bunu dövlət büdcəsi layihəsi ilə bağlı təqdim olunan göstəricilər əks etdirir.

Məlumata görə, muxtar respublikanın büdcə gəlirləri 2024-cü illə müqayisədə 4 milyon manat artacaq.

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin isə 445,6 milyon manat təşkil edəcəyi nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 16 milyon manat çoxdur.

Eyni zamanda, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın həcmi 160 milyon manat müəyyən edilib. Bu göstərici 2024-cü illə müqayisədə 14 faiz azdır.

Beləliklə, növbəti il üçün muxtar respublikanın büdcə gəlirlərində və xərclərində artım, dövlət büdcəsindən ayrılan dotasiyada isə azalma proqnozlaşdırılır.
 
Vüqar
--> -->