Xəbər lenti

Bakıda yol təmirə bağlanır
Ölkə19:13 16.10.2026

Bakıda yol təmirə bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda bildirilib.