Xəbər lenti

Təcili yardım maşını piyadanı vurdu - Xəstəxanada öldü (VİDEO)
Ölkə22:19 16.10.2026

Təcili yardım maşını piyadanı vurdu - Xəstəxanada öldü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsində təcili tibbi yardım avtomobili piyadanı vurub.

Qaynarinfo xəbər verir ki, hadisə dünən günün ikinci yarısında baş verib.

Məlumata görə, piyada 75 yaşlı Əyyub Babayev hadisədən dərhal sonra Yeni Klinikaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Daha ətraflı “Xəzər TV”nin süjetində: