Xəbər lenti

Paraatletimiz Dünya Kubokunda Avropa rekordunu qırdı
İdman14:47 30.04.2023

Paraatletimiz Dünya Kubokunda Avropa rekordunu qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı paraatlet Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Para-pauerliftinq üzrə millinin üzvü gənclər arasında 76 kq nəticə göstərərək, fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə o, ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.
Qeyd edək ki, Leyla Kərimova ümumi kateqoriyada 147 kq nəticə ilə yarışı 4-cü pillədə tamamlayıb.