Xəbər lenti

İdman 10:59 27.11.2023

Premyer Liqada transfer rekordu qırıla bilər

İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi" yay transfer pəncərəsində Viktor Osimheni prioritet kimi müəyyənləşdirib.

Qaynarinfo-nun məlumatına görə, transfer baş tutsa, Osimhen rekord qıra bilər. "Teleqraf”da yer alan xəbərdə "Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Osimheni heyətində görmək istədiyi və nigeriyalı hücumçunun London komandasına keçməkdə maraqlı olduğu bildirilib.

Xəbərdə "Napoli"nin hücumçu üçün ən az 100 milyon funt-sterlinq tələb edəcəyi deyilir. Bu da o anlama gəlir ki, transfer baş tutsa Premyer Liqada yeni rekord qeydə alınacaq. 

"Çelsi" buna qədər Enzo Fernandezlə rekord qırmışdı. Klub futbolçunu 106,8 milyon funt-sterlinq ödəyərək transfer etmişdi. 

Poçettino komandasının hücum xəttini yay transfer dövründə "Vilyarreal"ın futbolçusu Nikolas Ceksonla gücləndirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->