Putinin Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir:
	
- Sülhməramlılar modul tipli yataqxanalar quraşdırır;
- Xankəndindəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir;
	
Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır:
	
a) Prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndiriləcəklər: rus hərbçilərin özlərinə "yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır;
 
	
b) "Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar;
	
c) Yolun bağlı qalması və Qarabağdakı "mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar;
	
Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil.
	
Asif Nərimanlı
	
             
            
Şərhlər