Rusiya Krımdan qaçmağa hazırdır - Ukrayna prezidentinin ofisi
Krımın azad edilməsi zaman məsələsidir və yarımada Ukraynanın tam atəş nəzarətinə keçən kimi Rusiya oradan çəkiləcək.
Qaynarinfo telemarafonun yayımına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Rusiya artıq qaçmağa hazırdır.
"Əgər biz Luqansk, Donetsk və ya Zaporojye vilayətlərinin ərazisini azad etsək, o zaman Krım Ukraynanın total atəş nəzarətinə keçəcək. Rusların orada nə edəcəyini tam başa düşmürəm. Onlar başa düşəcəklər ki, qaçmaq lazımdır", - Podolyak deyib.
O vurğulayıb ki, Ukrayna uşaqların gələcəyi naminə bütün əraziləri azad etməlidir.
"Bu gün bomba sığınacaqlarında oturan uşaqlarımızın 3-5 ildən sonra daha bir bədəl ödəməsi, sonra dövlətin mövcudluğu üçün ölməsi lazım deyil.
Ona görə də bu gün biz belə bir "saziş” imzalamışıq – ya bu gün sona qədər gedirik və sonra uşaqlarımız super ölkədə yaşayır, ya da yaşamaq üçün başqa yer axtarmalıyıq, çünki o zaman Ukrayna olmayacaq., - Podolyak bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər