Xəbər lenti

Ekonomiks 12:13 07.08.2023

Siqaretin qiyməti niyə bahalaşdı? (AÇIQLAMA)

"Siqaretin qiymətini Tarif Şurası tənzimləmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli siqaretin qiymətinin bahalaşmasından danışarkən deyib. O bildirib ki, siqaretin qiymətinə dövlət tərəfindən hər hansı müdaxilə yoxdur:

"Son zamanlar, əsasən də son 6 ayda siqaretlə əlaqədar hansısa əlavə rüsumlar və yaxud da aksiz vergisinin artırılması kimi hallar yoxdur. Bu məsələ ötən ilin axırlarında olmuşdu və bunu hamı hiss etmişdi. İstəlinən şəxs ölkəyə siqaret gətirə bilmir. Siqareti Azərbaycana bir neçə qrup gətirir, buna oliqapoliya bazarı deyirlər. Bir məhsulu ölkəyə gətirən şirkət monopolistlərdisə, o, istəlinən qiyməti təyin edir, yaxud oliqapolistlərdirsə qiyməti razılaşdırıb müəyyən edir. Yəni, söhbət sünü qiymət artımından gedir”. 
 


Ekspert bu məsələdə vacib məqamın olduğunu xatırladıb: 

"Hansısa siqareti ölkəyə gətirən şəxs onun üzərində ekskluzivliyə malik olur. O   istədiyi qiyməti də təyin  edə bilir. Burada iki ehtimal var. Birincisi, ola bilsin  ki,  siqaretin alış qiyməti qalxıb, yaxud da bunu gəlirlərinin  artırılması məqsədi ilə ediblər. Hər iki variant mümkindür”. 

Ekspert daşınma xərclərində də artımın olmamasını söyləyib: 

"Çox güman ki, siqaretin qiymətini artıranlar daha çox qazanmaq istəyirlər”. 

Qeyd edək ki, bu gün Azərbaycanda siqaretin qiymətində 10-20 qəpik bahalaşma qeydə alınıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->