Xəbər lenti

Maqazin 17:49 08.09.2023

Zamirə şikayət etdi, müfəttişlik protokol yazdı, Vado Korovin narazı qaldı - MƏHKƏMƏ

"Parni iz Baku” KVN komandasının keçmiş üzvü, "Space" TV-nin baş direktoru Vado Korovin barəsində cərimə protokolu tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsi ilə tərtib edilib. 

Dövlət Əmək Müfəttişliyinin protokol tərtib etməsinə səbəb isə kanalın keçmiş əməkdaşı Zamirə Dadaşovanın şikayəti olub. Zamirə Dadaşova bir müddət əvvəl "Space TV"nin rəhbəri Vado Korovindən şikayətlənərək, işbirliyinə son qoyduğu kanaldan əmək kitabçasını ala bilmədiyini demişdi. Bundan sonra o, Dövlət Əmək Müfəttişliyinə şikayət edib. 

İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsi əmək qanunvericiliyinin pozulması, işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsini nəzərdə tutur.

"Space" rəhbəri dövlət qurumunun qərarından narazı qalıb. Belə Vado Korovin müfəttişliyin qərarından Yasamal Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Məhkəmə müfəttişliyin qərarını təsdiqləyərsə, Vado Korovin sözügedən maddəyə əsasən, 1 500 manat məbləğində inzibati qaydada cərimə ediləcək.

Qeyd edək ki, Zamirə Dadaşovadan başqa Rövşanə Ağasəfqızı və başqa aparıcılar da "Space"dən narazılıqla ayrılıblar, Vado Korovin tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqlarını bildiriblər.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->