Xəbər lenti

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
Sənət11:23 23.09.2023

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.
Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən "Azıx və Tağlar mağaraları - "Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxmışdı. Amma ermənilərin UNESCO-da apardıqları çirkin kampaniya nəticəsiz qalıb.