Xəbər lenti

Aşağı maaş alanların da əməkhaqqları artacaq (VİDEO)
Ölkə22:57 18.10.2026

Aşağı maaş alanların da əməkhaqqları artacaq (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gələn il maaşı arta biləcək şəxslərin sayı 700 mindən çox ola bilər.

Qaynarinfonun xəbərinə görə, millət vəkili Vüqar Bayramov bildirir ki, minimum əməkhaqqının yüksəldilməsi aşağı maaş alanların gəlirlərinə təsir edəcək. Hazırda minimum aylıq əməkhaqqı 400 manatdır. Vüqar Bayramovun sözlərinə görə, dəyişiklik dövlət idarələrində çalışan, dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşlarına da təsir göstərəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 1173 manat olub. Bu, ötən ilin eyni dövründən 7,2 faiz çoxdur.

Deputatın orta aylıq əməkhaqqının gələcək səviyyəsi ilə bağlı proqnozu da var.

Qaynarinfo Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.