XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakının bu küçələri bağlı olacaq
Ölkə23:06 01.09.2026

Bakının bu küçələri bağlı olacaq

Aparılan təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-a bildirilib ki, məhdudiyyətlər növbəli şəkildə tətbiq olunacaq.

Hərəkət aşağıdakı cədvəl üzrə bağlanır:

Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasındakı yol 2 sentyabr saat 09:00-dan;

Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbə qədər olan hissəsi 2 sentyabr saat 10:00-dan;

Xətai rayonu, Abdulla Rəhimov küçəsi isə 3 sentyabr saat 08:00-dan bağlanacaq.

Sürücülərdən qeyd olunan marşrutlar üzrə alternativ yollardan istifadə etmələri xahiş olunur.