Xəbər lenti

Dünya 13:56 22.03.2024

Heylinin sponsorları Baydeni dəstəkləməyə başlayıb

Prezidentlik yarışında iştirak üçün kampaniyasını dayandıran Nikki Heylinin ən zəngin donorları Donald Trampın əsas rəqibi, hazırkı dövlət başçısı Co Baydeni dəstəkləməyə başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" yazıb.

Heylinin əsas dəstəkçilərindən biri, iş adamı və media maqnatı Harri Sloan bildirib ki, o, zəngin dostları və biznes liderlərini Trampı dəstəkləməyə inandırmağa çalışır.

O, artıq bir sıra iş adamları ilə əlaqə saxladığını və Bayden üçün ianə aksiyası keçirməyi planlaşdırdığını vurğulayıb.

"Bu səylərlə tanış olan bir mənbə ən azı 5 keçmiş Heyli donorunun Bayden kampaniyasına kömək etmək üçün artıq imza atdığını deyib", deyə nəşr yazır.

Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Nikki Heyli prezidentlik yarışından imtina etdiyini açıqlamışdı.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. 

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?