Xəbər lenti

İdman 12:35 21.01.2023

İordaniya millisi Azərbaycan yoldaşlıq oyunu üçün Bakıya gəlir

Azərbaycan milli komandası İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İordaniya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

İordaniya Futbol Assosiasiyasının icraedici orqanı milli komandanın 2024-cü ilin əvvəlində Qətərin paytaxtı Dohada keçiriləcək Asiya Kuboku və 2026-cı ildə baş tuttacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq üçün 2023-cü ilin iş planını təsdiqləyib. Plana əsasən, komanda il ərzində ikinci beynəlxalq fasilə çərçivəsində Avstriyada təlim-məşq toplanışı keçirəcək, bu müddət ərzində iyunun 16-da Serbiya ilə, ayın 20-də Yeni Zelandiya yoldaşlıq oyunu keçirəcək. İordaniya sentyabrın 7-də Osloda Norveçlə, beş gün sonra isə Bakıda Azərbaycan millisi qarşılaşacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->