İranın Fars körfəzinə Nəzarət İdarəsi Hörmüz boğazında yalnız müəyyən etdiyi marşrutlarla hərəkət edən gəmilərin təhlükəsizliyinə zəmanət verəcəyini açıqlayıb.
APA xəbər verir ki, qurumun "X" hesabında yayılan məlumatda marşrutlardan kənara çıxan gəmilərin sığorta və təhlükəsizlik təminatından məhrum olacağı bildirilib.
Qeyd olunub ki, belə hallarda bütün məsuliyyət gəmi sahibləri və operatorlarının üzərinə düşəcək.
Şərhlər