ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris vitse-prezidentliyə namizədlə bağlı qərar verib. 
	
Qaynarinfo xəbər verir ki, prosesdən xəbərdar olan 4 mənbə bu barədə CNN-ə danışıb.
	
 
Bu, Minnesota qubernatoru Tim Valsdır. Onun yaxın saatlarda Filadelfiya mitinqində bu qərarı elan etməsi gözlənilir.
	
Son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üçlük - Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.
	
Aydın
             
            
Şərhlər