Dünya 15:32 04.02.2024

Qərb HƏMAS-ın Qəzza sülh danışıqlarında iştirakına qarşıdır - KİV

Qərb ölkələri Qəzza üzrə Türkiyənin təşəbbüsü ilə aparılan sülh danışıqlarında radikal HƏMAS qrupunun iştirakının əleyhinədir. 

Qaynarinfo xəbər verir ki, vu barədə "Sabah" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Sülh konfransının təşkilinə açıq-aşkar müxalifətin olmamasına baxmayaraq, Qərb münaqişə tərəflərindən biri olan HƏMAS-ın iştirakına qarşıdır",Ş deyə nəşr qeyd edir.

"Sabah" yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regiondakı bütün maraqlı oyunçuların iştirak etməli olduğu Beynəlxalq Fələstin-İsrail Sülh Konfransı təşkil etmək təklifi dünya gündəminə gətiriləcək.

Bundan əvvəl ABŞ-ın demokrat senatoru Tim Keyn demişdi ki, İsraillə HƏMAS arasında gərginliyi azaltmağın ən yaxşı yolu münaqişənin əvvəlində əsir götürülən qalan girovların azad edilməsidir. Eyni zamanda, İsrailin Qüds işləri və irs üzrə naziri Amiçai Eliyahu hesab edir ki, HƏMAS qrupu ilə razılaşma girovları xilas etməyin yeganə yolu deyil.

Aydın