Xəbər lenti

Dünya 12:50 26.01.2024

Rusiya, Suriya, Türkiyə və İranın kəşfiyyat xidmətləri arasında əlaqələr… - Lavrentyev

Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın kəşfiyyat xidmətləri arasında dördtərəfli formatda təmaslar bu gün də davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev RİA Novosti-yə bildirib.

"Bəli, davam edirlər", - agentliyin həmsöhbəti deyib.

O qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda gələcəkdə dörd ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqların baş tuta biləcəyini söyləmək hələ tezdir.

"Hər şey birbaşa İdlib ətrafında, Fəratda, İsrail-Suriya və İsrail-Livan sərhədlərində vəziyyətin inkişafında ortaya çıxan reallıqlardan asılı olacaq”, - Lavrentyev izah edib.

Aleksandr Lavrentyev ABŞ ordusunun Suriyadan çıxacağını da proqnozlaşdırıb. Onun fikrincə, Amerika qoşunlarının İraqdan çıxarılması, şübhəsiz ki, ABŞ-ın Suriya ilə bağlı oxşar qərar qəbul etməsinə səbəb olmalıdır. Lavrentyev Amerika rəhbərliyinin ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması prosesini mümkün qədər ləngitməyə çalışacağını istisna etməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->