XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fransada qasırğa 300 evə ziyan vurdu: 40 nəfər yaralandı
Dünya18:31 25.08.2026

Fransada qasırğa 300 evə ziyan vurdu: 40 nəfər yaralandı

Fransanın cənubundakı Aude vilayətində baş verən qasırğa Poma şəhərini vurub.

Qaynarinfo xəbər verir ki, Aude Valiliyinin sosial media hesabında yayılan açıqlamaya görə, qasırğa nəticəsində şəhərdə təxminən 300 evə ziyan dəyib.

Təbii fəlakət zamanı 40 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan başqa, Aude vilayətində təxminən 2 min evdə elektrik enerjisinin verilişi kəsilib. Qasırğa səbəbindən bəzi yolların nəqliyyat üçün bağlandığı qeyd olunub.

Günay