UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bu cütün qalibi pley-offda "Hapoel” (Beer-Şeva, İsrail) – "Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının pley-offunda "Benfika” (Portuqaliya) – "Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
5 avqust
20.30 Orhus (Danimarka) - Sabah (Azərbaycan)
Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya).
Randers."Cepheus Park".
Şərhlər