Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) yaxınlığındakı elektrik ötürücü xətlərdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) vasitəçiliyi ilə əldə olunmuş növbəti lokal atəşkəsdən sonra təmir işlərinə başlanılıb.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə agentlik MAQATE-nin baş direktoru Rafael Qrossiyə istinadla məlumat yayıb.
Bildirilib ki, agentliyin müfəttişlərdən ibarət komandası təmir prosesinə nəzarət edir və işlərin bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, bu addımlar Ukraynada davam edən genişmiqyaslı müharibə fonunda mümkün nüvə qəzasının qarşısını almağa yönəlmiş səylərin bir hissəsidir.
ZAES ilə bağlı digər xəbərlər
Daha əvvəl "UNİAN” yazmışdı ki, ABŞ Rusiyanın ZAES-in idarə olunmasında iştirak etməsini və dividendlər almasını istəyir.
Vaşinqton Zaporojye AES-in Ukrayna, ABŞ və Rusiya tərəfindən birgə istismarını təklif edir. Lakin Volodimir Zelenskinin sözlərinə görə, Kiyev Kremlin atom stansiyasının istifadəsi üzrə birgə müəssisədə yer almasını istəmir.
Bundan əlavə, bildirilib ki, ZAES işğalçıların nəzarətində qaldığı halda, fəaliyyət göstərməyəcək. Bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı səsləndirib.
Aydın
Şərhlər