Cənubi Amerikanın bataqlıq zonalarında eyni məkanda təhlükəli canlıların sıxlığı dünyanın ən yüksək göstəricilərindən biridir.
Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Wildlife" yazıb.
Pantanal regionu təxminən 171 000 kvadrat kilometr ərazini əhatə edir və Braziliya, Boliviya və Paraqvayın hissələrini əhatə edir. Burada planetdə ən böyük timsah konsentrasiyası qeydə alınıb – 10 milyondan çox fərd.
Bundan əlavə, bu su-bataqlıq ərazilərində ən təhlükəli yırtıcılardan biri sayılan qara kayman geniş yayılıb. Lakin ekosistemin "kralı” yaquardır.
"Bu, Amerikanın ən böyük pişiyi və dünyanın ən güclü yırtıcılarından biridir, hətta ovunun kəlləsini belə sındıra bilir", deyə məqalədə qeyd olunur.
Güclü çənəyə və iri başa malik bu yırtıcılar həm suda, həm də quruda ov edə bilirlər.
Pantanal ekosistemində yalnız timsahlar və yaquarlar deyil, digər təhlükəli canlılar da mövcuddur:
– Qrizli ayının çəkisinə çata bilən iri ilanlar
– Mağara tavanlarından asılan nəhəng çoxayaqlılar
– Nadir hyasint ara quşları, nəhəng su samurları və tapirlər
Bölgə gözəlliyinə baxmayaraq, təhlükəli hesab olunur. Hər il təxminən 1 milyon turist burada olur. Yaquar hücumları nadir olsa da, insanlar daha çox zəhərli hörümçəklər, ilanlar və əqrəblərin dişləmələrindən zərər görürlər.
İqlim dəyişikliyi bölgənin çay sistemlərini pozub, 2020-ci ildə baş verən geniş meşə yanğınları isə milyonlarla heyvanın ölümünə səbəb olub. Rəsmi məlumatlara görə, həmin dövrdə təxminən 17 milyon onurğalı heyvan tələf olub.
Aydın
Şərhlər