Xəbər lenti

Azərbaycanda qızl medal qazanan idmançı: "Bunda yaraşıqlı olmağım da rol oynadı"
İdman10:53 12.05.2023

Azərbaycanda qızl medal qazanan idmançı: "Bunda yaraşıqlı olmağım da rol oynadı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışda qızıl medal qazanan macarıstanlı olan atlet Zalan Pekler təəssüratlarını bölüşüb.
Atıcılıq Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, idmançı Azərbaycanın onun üçün düşərli olduğunu deyib.
"Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycan ürəyimdədir. 6 il əvvəl ölkənizdə keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl və gümüş medallara sahib olmuşdum. Növbəti dəfə burada olduğuma və yenə medal qazandığıma görə şadam. Azərbaycan mənim üçün düşərli yerdir. Təsnifat mərhələsində də Avropa rekorduna imza atdım.
Final mərhələsində rəqiblərim güclü idi. Çin komandaları hər zaman güclü atletləri ilə fərqlənib. Çindən olan atıcı Şin Yaonu fərqləndirə bilərəm. Budəfəki final gərgin və həyəcanlı idi. Buna baxmayaraq, diqqətimi hədəfə kökləməklə atış səviyyəsini qoruya bildim.
Mükafatlandırma mərasimindən sonra gənc atletlərlə könüllülərin mənə olan diqqət və sevgisi, fikrimcə, yarışda qazandığım uğurla bağlı idi. Fikrimcə, bunda yaraşıqlı olmağım da rol oynadı. Amma ilk növbədə təbii ki, performansdır”.
Səbuhi Həsənov