Xəbər lenti

Bakıda "gümüş" qazanan iranlı atlet öz ölkəsindən şikayətləndi: "Problemlərlə üzləşirik, sanksiya var"
İdman09:08 13.05.2023

Bakıda "gümüş" qazanan iranlı atlet öz ölkəsindən şikayətləndi: "Problemlərlə üzləşirik, sanksiya var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda gümüş medal qazanan İran atleti Haniye Rostamian açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, iranlı atlet ölkəsində yarışlara hazırlıqla bağlı çətinlik yaşadığını bildirib.
"Azərbaycana beşinci səfərimdir. Üç dəfə Bakıda yarışmışam, iki dəfə Qəbələdə.
Bakıda atletlər üçün çox yaxşı şərait yaradılıb. Yarışın təşkili də yüksək səviyyədədir. Hər dəfə Azərbaycana gələndə uğurlu nəticələr əldə edirəm. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olmuşdum. Bu dəfə gümüş medal qazanmağım xoş oldu. Ümid edirəm ki, avqustda Azərbaycanda təşkil olunacaq dünya çempionatına qatılıb özüm üçün yeni uğura imza atacağam.
Budəfəki final mərhələsi mənim üçün çətin keçdi. İranda yarışlara hazırlıqla bağlı çətinlik var, sursat çatışmazlığı hökm sürür. Sursatların İrana gətirilməsində müəyyən problemlərlə üzləşirik, sanksiya var. İranda beynəlxalq yarışlara hazırlaşmaq digər ölkələrlə müqayisədə çox çətindir. Sursatı rahat şəkildə ala bilmirik. Bu da istər-istəməz məşqlərə və hazırlığa öz təsirini göstərir”.
Səbuhi Həsənov