Xəbər lenti

Gədəbəyə diametri 11 mm olan dolu düşdü
Ölkə 18:30 12.06.2026

Gədəbəyə diametri 11 mm olan dolu düşdü

İyunun 12-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.

Bildirilib ki, saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.
--> -->