Bakıda iki il əvvəl xəstəxanaların birində xanım həkimin pullarını oğurlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, Tağıyev Fərhad Piri oğlunun Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Bir sıra silsilə oğruluqlara görə həbs olunan Fərhad Tağıyevin 2024-cü ildə xəstəxanaların birindən də oğurluq etdiyi məlum olub. Təqsirləndirilən şəxs iş axtarmaq adı ilə xəstəxanada həkim-kardiloloq vəzifəsində çalışan Leyla Ələkbərovanın kabinetinə daxil olub və onun pul qabını oğurlayıb. O, zərərçəkmiş həkimə 2690 manat məbləğində maddi ziyan vurub.
Fərhad Tağıyev oğruladığı pulla "Azpulmant"a olan kredit borcunu verib və digər yerlərə xərcləyib.
Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər