Xəbər lenti

Onlar bu ifadələri tez-tez işlədir: Tənbəl insanları ifşa edən 11 cümlə
Dünya 09:18 10.07.2025

Onlar bu ifadələri tez-tez işlədir: Tənbəl insanları ifşa edən 11 cümlə

Tənbəl insanların daimi olaraq istifadə etdiyi bəzi klassik ifadələr var. Bu cür insanlar məsuliyyətdən yayınmaq üçün bu cümlələri adət halına gətirirlər. 

Qaynarinfo xəbər verir ki, "Your Tango" nəşri məhz belə davranışları ört-basdır etmək üçün tənbəllərin tez-tez işlətdiyi 11 ifadəni təqdim edib.

1. "Bunu bacarmıram, çünki necə ediləcəyini bilmirəm"

Bəzi insanlar işdən yayınmaq üçün özlərini bacarıqsız kimi göstərirlər. Bu ifadə adətən məsuliyyəti başqasının üzərinə yükləmək üçün səslənir.

2. "Bunu edə bilmərəm, çünki resursum və ya vaxtım yoxdur"

İnsanlar bəzən tənbəlliklərini vaxt və imkan çatışmazlığı ilə əsaslandırırlar. Halbuki hər kəs, hətta ən zəhmətkeş insanlar belə, zamanla bu çətinliklərlə üzləşirlər. Əsas məsələ alternativ yollar axtarmaq və problemi aşmaq istəyi ilə bağlıdır.

3. "Bunu bir az sonra edə bilərikmi?"

Bu ifadə, işin sonrakı vaxta təxirə salınması – yəni prokrastinasiya – ilə bağlıdır. Tənbəl insanlar, məsələnin həllini gecikdirməklə, onun başqasının öhdəsinə keçəcəyinə ümid edirlər.

4. "Bu, doğrudan da indi edilməlidir?"

Bu ifadə, vacib işləri yubadan insanların tez-tez istifadə etdiyi bəhanələrdən biridir. Onlar işin mahiyyətindən yox, onu mümkün qədər ləngitməkdən narahatdırlar.

5. "Sonra edərəm"

Bu cümlə bəzən qorxu və ya təxirə salma ehtiyacından doğur. Amma tənbəl insanlar da bu ifadədən tez-tez istifadə edərək, heç nə etməməyi seçirlər.

6. "Bu, mənim vəzifəm deyil"

Tənbəl işçilər, öhdəliklərinə daxil olmayan vəzifələrdən imtina etməyə meyllidirlər. Hətta kiçik və sadə köməkliklər belə onlara ağır gəlir.

7. "Sən bu işi məndən daha yaxşı bacarırsan"

Bu cümlə ilə tənbəl insanlar özlərini qeyri-kafi göstərərək, işin başqasının üzərinə düşməsinə şərait yaradırlar. Eyni zamanda qarşındakı insanda günahkarlıq hissi oyatmaq da bu ifadənin məqsədidir.

8. "Yemək hazırlamaq çox vaxt aparır"

Tənbəl insanlar çox zaman evdə sadə bir sendviç hazırlamaq əvəzinə, onu sifariş etməyə üstünlük verirlər. Bunu isə guya "vaxt qənaəti” ilə əsaslandırırlar. Halbuki bu qərar onların sadəcə bir iş görmək istəməmələrindən qaynaqlanır.

9. "Bilirsən də, hazırda çox işim var"

Əgər başqa bəhanə qalmırsa, tənbəl insan emosional təzyiq göstərməyə başlayır. Halbuki bu insanlar əslində işdə daha çox yayındıqları və az məhsuldar olduqları üçün iradlara tuş gəlirlər.

10. "Baxın, bu mənim günahım deyil"

Öz hərəkətlərinə görə məsuliyyət daşımaq enerji və iradə tələb edir. Tənbəl insanlar isə tez-tez bu məsuliyyətdən qaçır və başqalarını günahlandırırlar.

11. "Mən edəcəkdim, amma sən məndən əvvəl başladın"

Bu ifadə tənbəl insanların "bəhanə səsləndirmə” üsullarından biridir. Onlar işin görülməməsini belə əsaslandırmağa çalışırlar ki, guya gecikməyiblər, sadəcə başqası daha tez hərəkət edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->