Maqazin 17:38 17.01.2023

Manaf Ağayev Xalq artistinə maşın hədiyyə edib? (AÇIQLAMA)

"Mən heç kimə ev bağışlamamışam".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya avtomobil hədiyyə etməsi barədə xəbərə aydınlıq gətirərkən deyib. Müğənni bildirib ki, aktrisaya öz avtomobilinin açarlarını təqdim edib:

"Yalan sözdür. Verilişdə idik, dedi ki, "avtomobilim yoxdur”. Mən də dedim ki, maşınım sənə qurbandır. O da bildirdi ki, sənin sağlığın mənə bəsdir".

Qeyd edək ki, müğənni Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya avtomobil hədiyyə etməsi barədə xəbər yayılıb. 

Bahar Rüstəmli