Xəbər lenti

Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurdu
İdman 09:28 12.06.2026

Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurdu

Futbol üzrə Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub.

"Report" xəbər verir ki, Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin I turunda, Cənubi Koreya ilə matçda buna nail olub.

Qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur.

Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənib. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələyib.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
--> -->