Xəbər lenti

Çavuşoğlu ilə Kulebanın telefon danışığı oldu
Dünya 15:15 07.07.2022

Çavuşoğlu ilə Kulebanın telefon danışığı oldu

Türkiyə və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

Qaynarinfo bu barədə Anadolu agentiliyinə istinadən xəbər verir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Bu söhbətdə iki ölkə arasında əlaqələr, Ukraynada enerji və ərzaq təhlükəsizliyinin yaradılması yolları və digər regional məsələlər araşdırılıb.
 
Qeyd edilir ki, Çavuşoğlu ilə Kolba arasında sonuncu dəfə iyunun 30-da telefon danışığı olub.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->