Xəbər lenti

DÇ-2026: Futbol bayramı başlayır - TƏQVİM
İdman 09:52 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır - TƏQVİM

Bu gündən etibarən bütün dünyanın gözü okeanın o tayına, Amerikanın üç ölkəsinə - ABŞ, Meksika və Kanadaya dikiləcək. 11 iyun - 19 iyul aralığında ən çox danışılacaq, ən çox müzakirə olunacaq hadisə dünya çempionatı olacaq. Böyük futbol bayramı Meksikada başlayır. Bakı vaxtı ilə 23:00-da start götürəcək mundialın açılış oyununda Meksika - Cənubi Afrika Respublikası qarşılaşacaq.

DÇ-2026 futbol tarixinin ən geniş coğrafiyalı turniri kimi yadda qalacaq. Belə ki, sayca 23-cü mundiala rekord sayda - 48 komanda qatılacaq. 

Qaynarinfo dünya çempionatlarının tarixi və bəzi digər məlumatları təqdim edir:

İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub. 

İndiyədək ən çox dünya çempionu adını Braziliya qazanıb, 5 dəfə. Almaniya və İtaliya 4, Argentina 3, Fransa və Uruqvay 2, İngiltərə və İspaniya isə 1 dəfə dünya çempionu olub.

1998-ci ildən etibarən dünya çempionatlarında 32 komanda iştirak edirdi. FİFA-nın qərarı ilə DÇ-2026-da iştirakçı sayı 48-ə çatdırılıb.

Komandalar 12 qrupa bölünəcək. Hər qrupda 4 ölkə mübarizə aparacaq. Qrup mərhələsindən, 12 qrup qalibi, 12 ikinci yer sahibi və ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi olmaqla ümumilikdə 32 komanda pley-off mərhələsinə yüksələcək. Bunun ardınca 1/16 final, 1/8 final, 1/4 final, yarımfinal və final oyunları keçiriləcək. Nəticədə mundialda ümumilikdə 104 oyun baş tutacaq. Bu isə əvvəlki turnirlərdən xeyli çoxdur.

DÇ-2026 16 şəhərdə təşkil olunacaq. 

ABŞ: Nyu-York, Los-Anceles, Dallas, Hyuston, Atlanta, Boston, Filadelfiya, Mayami, Sietl, Kanzas-Siti, San-Fransisko

Kanada: Toronto, Vankuver

Meksika: Mexiko, Qvadalaxara, Monterrey

Final oyununun ABŞ-ın Nyu-York ştatındakı "MetLife" stadionunda keçirilməsi planlaşdırılıb.

Turnirdə qrupların tərkibi belədir:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

İlk turun oyun cədvəli belədir.

DÇ-2026

1-ci tur

11 iyun

A qrupu. 23:00. Meksika – Cənubi Afrika

12 iyun

A qrupu. 06:00. Koreya Respublikası – Çexiya

B qrupu. 23:00. Kanada – Bosniya və Herseqovina

13 iyun

D qrupu. 05:00. ABŞ - Paraqvay

B qrupu. 23:00. Qətər – İsveçrə

14 iyun

C qrupu. 02:00. Braziliya – Mərakeş

C qrupu. 05:00. Haiti – Şotlandiya

D qrupu. 08:00. Avstraliya – Türkiyə

E qrupu. 21:00. Almaniya – Kyurasao

F qrupu. 00:00. Niderland – Yaponiya

15 iyun

E qrupu. 03:00. Fil Dişi Sahili – Ekvador

F qrupu. 06:00. İsveç – Tunis

H qrupu 20:00. İspaniya – Kabo-Verde

G qrupu. 23:00. Belçika – Misir

16 iyun

H qrupu. 02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

G qrupu. 05:00. İran – Yeni Zelandiya

I Qrup. 23:00. Fransa – Seneqal

17 iyun

I Qrup. 02:00. İraq – Norveç

J qrupu. 05:00. Argentina - Əlcəzair

J qrupu. 08:00. Avstriya – İordaniya

K qrupu. 21:00. Portuqaliya - DR Konqo

L qrupu. 00:00. İngiltərə – Xorvatiya

18 iyun

L qrupu. 03:00. Qana - Panama

K qrupu. 06:00. Özbəkistan – Kolumbiya

--> -->