Xəbər lenti

Dünya Kubokunun gizli ulduzları: Bu 15 ada diqqət!
İdman 11:27 11.06.2026

Dünya Kubokunun gizli ulduzları: Bu 15 ada diqqət!

Dünya çempionatı futbol səhnəsinə çıxmağa hazırlaşan gənc ulduzlarla bu dəfə daha fərqli bir hekayəyə işarə edir. Futbol ictimaiyyəti böyük adlara fokuslanarkən, skautların radarında tamamilə başqa oyunçular var. Onların içində elələri var ki, bir neçə həftə ərzində karyeraları tamamilə dəyişə bilər. Bəs turnirin ən böyük sürprizini etməyə namizəd 15 gənc istedad kimlərdir? 

Qaynarinfo xəbər verir ki, hər Dünya Kİuboku dünya futboluna yeni qəhrəmanlar qazandırır. Daha əvvəl az tanınan oyunçular qısa müddətdə milyonlarla azarkeşin gündəminə düşə bilir. Avropanın aparıcı klublarının skautları, baş məşqçiləri və transfer rəhbərləri də məhz buna görə Dünya Kubokuna fokuslanıb.

Bu gün futbol ictimaiyyətinin böyük hissəsi Kilian Mbappe, Cud Bellingem, Vinisius Junior, Erlinq Haaland, Arda Güler, Kenan Yıldız və Lamin Yamal kimi ulduzlara yönəlsə də, pərdə arxasında sakit şəkildə yüksələn və hələ geniş kütlə tərəfindən tam kəşf olunmamış adlar da var.

Bəziləri artıq Avropanın güclü liqalarında özünü göstərməyə başlayıb, bəziləri isə öz ölkələrinin gələcək vəd edən gəncləri kimi Dünya kuboku səhnəsinə çıxmağa hazırlaşır.

Bu Dünya Kuboku gənc ulduzlar üçün çox şey vəd edir

Uzun illər bir çox klub akademiyalarında çalışan təcrübəli texniki mütəxəssis və futbol şərhçisi Semih Sezerli bu turnirin gənc istedadlar üçün böyük fürsət olduğunu deyib:

"Belə futbol turnirləri özünü yenidən göstərmək istəyən və ya hələ tam üzə çıxmamış oyunçular üçün əsl vitrin olur. Amma bu tip turnirlərdə tanınan adlardan çox, arada qalmış, partlama potensialı yüksək olan futbolçulara fokuslanmaq lazımdır".

"Daily Mail" 32 oyunçudan ibarət geniş siyahı hazırlayıb və Avropanın yüksələn gənclərini bir araya gətirib. Biz isə həmin hovuzdan daha az tanınan və "partlama" ehtimalı yüksək olan 15 ada fokuslandıq.

Dünya kuboku boyunca çıxışları ilə diqqət çəkməsi gözlənilən 15 gənc ulduz:

1. Komandanın kilid ismi: Gilberto Mora (Meksika)

Yaş: 17
Klub: "Tijuana"
Mövqe: hücumameyilli yarımmüdafiəçi / 10 nömrə
Milli komanda: 8 oyun
Qol: 0

Cəmi 17 yaşında olmasına baxmayaraq, Mora artıq ölkəsinin böyük ümidlərini daşıyır. Meksika 1986-cı ildə Dünya Kubokuna ev sahibliyi edərkən qəhrəman Huqo Sançez idi. Mora üçün yol uzun olsa da, potensialı bu hədəfi mümkünsüz etmir. Milli komanda yoldaşı Raul Ximenes onu "komandanın kilid oyunçularından biri ola bilər” sözləri ilə dəyərləndirib.

Onun meneceri dünyada nüfuzlu adlardan biri olan Rafaela Pimentadır. İdealının Kriştiano Ronaldo olması və "Real Madrid” arzusu onun profilini daha da diqqətçəkici edir.

Semih Sezerli isə Mora haqqında deyib ki, onun oyuna hücum iştahı və pas keyfiyyəti onu turnirin ən maraqlı gənclərindən birinə çevirir.

2. Penaltidə soyuqqanlı: Kerim Alajbeqoviç (Bosniya və Herseqovina)

Yaş: 18
Klub: "Bayer Leverkuzen"
Mövqe: sol cinah
Milli komanda: 10 oyun
Qol: 1

Bosniya və Herseqovina gəncləri pley-off mərhələsində Uels və İtaliyanı penaltilərlə keçərək diqqət çəkib. Alajbeqoviç hər iki oyunda penaltidən qol vurub.

O, təkcə penalti ustası deyil, həm də iki ayağından istifadə edə bilən çox yönlü cinah oyunçusudur. "Bayer Leverkuzen” onun üçün satınalma şərtini aktivləşdirib.

Semih Sezerli onu gələcəyin elit cinah hücumçularından biri kimi görür.

3. Avropanın radarında: Bazumana Ture (Fil Dişi Sahili)

Yaş: 20
Klub: "Hoffenhaym"
Mövqe: sol cinah
Milli komanda: 6 oyun
Qol: 2

"ASEC Mimosas" akademiyasının yetirməsi olan Ture İsveçdən Almaniyaya transfer olunub və qısa müddətdə diqqət çəkib. 32 oyunda 5 qol və 12 asistlə çıxış edib.

4. Çoxyönlü: Caleb Yirenkyi (Qana)

Yaş: 20
Klub: "Nordşaelland"
Mövqe: mərkəz yarımmüdafiəçi
Milli komanda: 11 oyun
Qol: 1

"Right to Dream” akademiyasının yetirməsidir və həm müdafiə, həm hücumda oynaya bilir.

5. Adriano ilə müqayisə edilir: Rayan (Braziliya)

Yaş: 19
Klub: "Bornmunt"
Mövqe: sağ cinah
Milli komanda: 2 oyun
Qol: 1

Braziliyalı futbolçu Premyer Liqada sürətlə adaptasiya olub və artıq 15 oyunda 5 qol vurub.

6. Messinin təriflədiyi ad: Niko Paz (Argentina)

Yaş: 21
Klub: "Komo"
Mövqe: 10 nömrə
Milli komanda: 8 oyun
Qol: 1

Lionel Messi onun oyun zəkasını yüksək qiymətləndirib.

7. Yeni Kevin De Bruyne: Bilal El Xannouss (Mərakeş)

Yaş: 21
Klub: "Ştuttqart"
Mövqe: hücumameyilli yarımmüdafiəçi
Milli komanda: 37 oyun
Qol: 3

8. Maykl Ballak ilə müqayisə: Yohan Manzambi (İsveçrə)

Yaş: 20
Klub: "Frayburq"
Mövqe: mərkəz yarımmüdafiəçi
Milli komanda: 12 oyun
Qol: 3

9. Özbək Messi: Abbosbek Fayzullaev (Özbəkistan)

Yaş: 22
Klub: "İstanbul Başakşəhər"
Mövqe: hücumameyilli yarımmüdafiəçi
Milli komanda: 32 oyun
Qol: 8

10. Səudiyyə futbolunun ümidi: Musab Əl-Cuvayr

Yaş: 22
Klub: "Al-Qadsiah"
Mövqe: mərkəz yarımmüdafiəçi
Milli komanda: 36 oyun
Qol: 6

11. Buffonun məsləhət verdiyi sima: Alessandro Kirkati (Avstraliya)

Yaş: 22
Klub: "Parma"
Mövqe: mərkəz müdafiəçisi
Milli komanda: 13 oyun
Qol: 1

12. Premyer Liqada diqqət çəkən sima: Julio Enkiso (Paraqvay)

Yaş: 22
Klub: "Strasburq"
Mövqe: cinah / 10 nömrə
Milli komanda: 32 oyun
Qol: 4

13. Ançelottidən tam etimad: Endrik (Braziliya)

Yaş: 19
Klub: "Real Madrid"
Mövqe: hücumçu
Milli komanda: 17 oyun
Qol: 4

14. Sabit yüksəliş: Samir El Murabet (Mərakeş)

Yaş: 20
Klub: "Strasburq"
Mövqe: mərkəz yarımmüdafiəçi
Milli komanda: 4 oyun
Qol: 0

15. Türkiyədən diqqət mərkəzində: Can Uzun

Yaş: 20
Klub: "Ayntraxt Frankfurt"
Mövqe: hücumameyilli yarımmüdafiəçi
Milli komanda: 6 oyun
Qol: 1

Semih Sezerli Can Uzun barədə deyir ki, böyük rəqabət səbəbilə onun şansı məhdud ola bilər, amma oyuna sonradan daxil olub fərq yaratmaq potensialı yüksəkdir.

Aydın

--> -->