Xəbər lenti

Rusiya Pravoslav Kilsəsi Kadırovu pravoslavlara nümunə kimi göstərdi
Dünya 13:33 17.10.2022

Rusiya Pravoslav Kilsəsi Kadırovu pravoslavlara nümunə kimi göstərdi

Pyatiqorsk və Çərkəz arxiyepiskopu Teofilakt (Kuryanov) bildirib ki, Çeçenistan prezidenti Ramzan Kadırov bir çox pravoslavlar üçün öz xalqının inancını, adət-ənənələrini və mədəniyyətini qoruyub saxlamaq məsələlərində "güzəştsizlik nümunəsidir”. 

Qaynarinfo xəbər verir ki, arxiyepiskop bu barədə "Rossiya 24” telekanalının "Kilsə və dünya” verilişində danışıb.

"Bir çox pravoslavlar üçün Ramzan Axmatoviç həm də adət-ənənələrin qorunması, imanın qorunması, dindarların hüquqlarının müdafiəsi məsələlərində barışmazlıq nümunəsidir. Bu mənada o, təbii ki, bizim mübarək Qafqazın pravoslav sakinləri arasında böyük hörmətə malikdir”, - arxiyepiskop bildirib.

"Bu, öz mənəvi dünyanızın, xalqınızın mədəniyyətinin, onun dilinin və adət-ənənələrinin ayrılmaz hissəsinin hər zaman qorunub saxlamağınızın və üzərində möhkəm dayanmağınızın çox gözəl nümunəsidir”, - o qeyd edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->