Xəbər lenti

İranın Ali Rəhbəri 2000-dən çox məhkumu əfv  etdi
Dünya 15:33 05.06.2026

İranın Ali Rəhbəri 2000-dən çox məhkumu əfv etdi

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Qədir Xum bayramı münasibətilə bir qrup məhkumun əfv edilməsinə və cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, Müctəba Xamenei bununla bağlı ədliyyə orqanlarının rəhbəri Qulamhüseyn Ejeinin müraciətini qəbul edib.

İranın Ali Rəhbəri 2000-dən çox məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar verib.
--> -->