Kanadada aparılan yeni ictimai rəy sorğusu ölkənin Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb.
Qaynarinfo-nun "The Globe and Mail”ə istinadən məlumatına görə, "Nanos Research” adlı ictimai rəy araşdırma şirkəti 31 mart – 4 aprel tarixlərində 1099 Kanada vətəndaşı arasında sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 57%-i Kanadanın Aİ-yə üzvlüyünü dəstəklədiyini, 32%-i isə bu fikrə qismən və ya tamamilə qarşı olduğunu bildirib. Respondentlərin qalan hissəsi isə mövzu ilə bağlı fikir bildirməyib.
Eyni zamanda, sorğu iştirakçılarının 84%-i Avropa İttifaqı ilə iqtisadi əlaqələrin gücləndirilməsini "gələcəyə yönəlmiş ən ümidverici seçim” kimi qiymətləndirib.
Günay
Şərhlər